Qırğız Respublikasının sabiq prezidenti sui-qəsdə məruz qalıb

img

09-10-2020 [19:13]


Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev sui-qəsdə məruz qalıb.

Bu barədə onun müşaviri, Sosial Demokrat Partiyasının sözçüsü Kündız Joldubayeva “Facebook” səhifəsindən xəbər verərək sabiq dövlət başçısının avtomobilinin gülləbaran edildiyini, lakin xəsarət almadığını bildirib.

Xatırladaq ki, oktyabrın 4-də keçirilən parlament seçkilərindən sonra müxalifət tərəfdarları rəsmi nəticələri rədd edərək paytaxt Bişkekdə etiraz aksiyaları keçirərək parlament, hökumət, prezident administrasiyası binalarını ələ keçiriblər. Bundan sonra Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini etibarsız elan edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA