Bir qrup ziyalı, dini və milli icma nümayəndəsi BMT Baş Katibinə müraciət etdi: "Sizdən ədalətli addım gözləyirk"
09-10-2020 [13:15]
Ermənistanın sentyabrın 27-dən etibarən növbəti dəfə hərbi təcavüzə əl ataraq təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, Dağlıq Qarabağ ərazisindən çox uzaqda yerləşən məntəqələrini iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutması, mülki əhalini, azyaşlıları qəsdən hədəfə alması, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyasının kobud surətdə pozması ilə əlaqədar olaraq bir qrup ziyalı, dini və milli icma nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreşə müraciət edib.
Bakı Beynəlxalq Multikutluralizm Mərkəzindən Mia.az-a verilən məlumata görə, müraciətdə deyilir:
“Sizin Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca hərbi əməliyyatların yenilənməsindən çox narahatd olmağınız, güc tətbiq edilməsini qınamanız, mülki əhali arasında itkilərə görə təəssüf bildirməyiniz və hərbi əməliyyatları dayandıraraq yubanmadan konstruktiv danışıqlar aparmağa çağırmağınız ilk baxışda humanist münasibətdir. Amma hər məsələnin bir tarixi olur - Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də öz tarixi var və onu bilmədən obyektiv qərar vermək mümkün deyil.
İlk olaraq bildirək ki, beynəlxalq sülhün və təhlükəsizliyin əsas qarantı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 1993-cü il taixli, 822, 853, 874 və 884 saylı qətnamələrində açıq şəkildə tələb olunur ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrdə Azərbaycana qarşı həyata keçirilən təcavüzkar addımlar qınanır, münaqişə tərəfi olmayan mülki şəxslər qorunur və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməz olduğu vurğulanır, eyni zamanda, ərazi bütövlüyü, suverenliyi və Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı təkrarlanır. Kiçik xatırlama. Siz bilməmiş deyilsiniz ki, erməni işğalçıları Dağlıq Qarabağ bölgəsindən əlavə Azərbaycanın Dağlıq Qarabağa daxil olmayan 7 bölgəsini də işğal altında saxlayırlar və hal-hazırda Azərbaycan öz yeddi bölgəsinin işğaldan azad edilməsi uğrunda çarpışır.
Məhz bu səbəbdən, fikrimizcə, Sizin müraciətinizdə rəhbərlik etdiyiniz qurumun Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda sadaladığım qətnamələrinin bəndlərinə uyğun olaraq, münaqişə tərəfləri eyni tutulmamalı, Ermənistandan hərbi əməliyyatları dərhal dayandıraraq silahlı qüvvələrini dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması tələb edilməli idi. Bundan əlavə, Ermənistan sentyabrın 27-dən etibarən növbəti dəfə hərbi təcavüzə əl ataraq təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, oktyabrın 4-dən etibarən isə, Dağlıq Qarabağ ərazisindən çox uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir şəhərlərini, Naftalan, Bərdə, Ağcəbədi, Tərtər, Şəmkir, Xızı, Abşeron rayonlarını və digər yaşayış məntəqələrini iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutur. Ermənistan Azərbaycan Respublikasının çağırışlarına məhəl qoymadan açıq şəkildə və qəsdən mülki əhalini və uşaq bağçaları, məktəblər, xəstəxanalar kimi mülki infrastrukturu hədəf alır".
Müraciətdə qeyd olunub ki, Ermənistanın mülki əhalini, azyaşlıları qəsdən hədəfə almaqla beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyasını kobud şəkildə pozur: "Oktyabrın 5-dək Ermənistanın öz ərazisindən top və raket hücumları nəticəsində 30-a yaxın azərbaycanlı mülki şəxs öldürülüb, 125 nəfər yaralanıb və 500-dən çox yaşayış binası və mülki obyekt məhv edilib. Ermənistan silahlı qüvvələri tərəfindən su anbarı və əsas elektrik stansiyası yerləşən Mingəçevir şəhərinə iki raket hücumu olub. Beş yüz mindən çox əhalisi olan, Azərbaycanın ikinci böyük şəhəri Gəncə müvafiq beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş klaster bombalarla atəşə tutulub. Hörmətli Baş Katib, Təxribat xarakterli bu hərəkətlərinə görə, Sizdən Ermənistanın tez bir zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq humanitar hüquqa və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 1993-cü il taixli, 822, 853, 874 və 884 saylı qətnamələrinə qeyd-şərtsiz əməl olunmasına çağırış etməyinizi xahiş edirik. Erməni qəsbkarları işğal edilmiş Azərbaycan ərazilərindən çıxmalıdır. Yalnız belə olarkən regionda sülh bərqərar ola bilər. Azərbaycan xalqı – müsəlmanları, provaslavları, yəhudiləri, katolikləri, udi xristianları ilə bir yerdə Sizdən belə bir ədalətli addım atacağınızı səbrlə ümidlə gözləməkdədir".
Müraciəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının rəhbəri Robert Mobili, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Salman Musayev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasıının nümayəndəsi Zaur Orucov, Azərbaycan Gürcü Yəhudiləri İcmasının rəhbəri Abik Çarukçiyev imzalayıb.
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır
Komitə məscidlərə 4 qadın dini ayin icraçısı axtarır
İsrail fələstinli məhbusları azad edib
Yeni binalarda internet problemi - MTK ilə provayderlərin gizli sövdələşirlər və...
Filippində 359 nəfəri daşıyan bərə batıb - 208 nəfər itkin düşüb
ABŞ-da şəxsi təyyarə qəzaya uğrayıb - 8 nəfər ölüb
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"