Rəsmi Moskvadan Qarabağla bağlı daha bir - Açıqlama

img

08-10-2020 [17:59]


"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların başlaması üçün müxtəlif sxemlər üzərində iş gedir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Onlardan biri bizim tərəfimizdən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşünün keçirilməsi təklifidir. Biz tərəflərlə bu formatda danışıqlara başlamağın mümkün müddəti barədə məsləhətləşmələr aparırıq. Bu istiqamətdə atılan bütün addımlar barədə ictimaiyyəti məlumatlandıracağıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb/APA.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA