Ərdoğan "Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük" dedi: “Qarabağ münaqişəsinin həlli üçün işğala son qoyulmalıdır”

img

08-10-2020 [16:27]


“Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün apardığı haqlı mübarizəsini bütün qəlbimizlə dəstəkləyirik. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizədə son dərəcə qətiyyətli olduğunu görürük”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Dağlıq Qarabağ təxminən 30 ildir Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağıdır.

“Ermənistanın uzlaşmaz və ərköyün davranışları nəticəsində 30 ildir ki, bir növ qanqrenaya dönən bu münaqişənin həlli üçün işğala son qoyulmalıdır”, - deyə Ərdoğan vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA