Düşmənin daha 10-dək tankı, 6 D-20 topu, 1 "Akasiya”sı, 30 texnika və xeyli canlı qüvvəsi məhv edildi - MN açıqladı

img

08-10-2020 [00:07]


Oktyabrın 7-si gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib: "1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA