Ermənilər Ağdam, Füzuli və Goranboyu atəşə tutub, 1 nəfər həlak olub - FHN-dən açıqlama

img

07-10-2020 [18:40]


Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

FHN-dən Mia.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi yaşayış evini dağıdıb.

Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Füzuli rayonuna düşən mərmi FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə avtomobilinə ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Düşmənin atdığı mərmi Goranboy rayonunda yerləşən FHN DYMX Xocalı rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasına və yaxınlıqdakı minik avtomobilinə ziyan vurub. Xəsarət alan yoxdur.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA