Poroşenko koronavirusa yoluxub, vəziyyəti ağırdır

img

07-10-2020 [14:10]


Koronavirusa yoluxmuş Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun vəziyyəti ağırdır.

“RİA Novosti” xəbər verir ki, bunu keçmiş dövlət başçısının xanımı Marina Poroşenko bildirib.

“Hətta həkimlər xəstəliyin gedişini öyrənmək, səhhətinə nəzarət etmək üçün ondan analiz götürə bilmirlər”, - Marina Poroşenko “YouTube” kanalına müsahibəsində vurğulayıb.

Bildirilib ki, Petro Poroşenko sentyabrın 29-da koronavirusa yoluxub. Marina Poroşenko həyat yoldaşının oktyabrın 3-də hospitala yerləşdirildiyi barədə də açıqlama vermişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA