250-dək tank və zirehli texnika, 270-dək artilleriya və raket sistemləri, minaatan, “S-300”... - MN düşmənin itkilərini açıqladı + SİYAHI

img

07-10-2020 [11:39]


Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib. 

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir: 

- 250-dək tank və digər zirehli texnika; 

- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan; 

- 60-dək hava hücumundan müdafiə vasitələri; 

- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi; 

- 8 silah-sursat anbarı; 

- 150-dək avtomobil texnikası; 

- 1 ədəd “S-300” zenit-raket kompleksi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA