Rəsmi Bakıdan Bakı-Tbilisi-Ceyhan kəmərinə hücumla bağlı açıqlama: "300+ kaset tipli bombaların qəlpələri ətrafa yayılıb" - FOTO 

img

06-10-2020 [23:51]


Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb. 

Mia.az xəbər verir ki, bu məlumat Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” hesabında paylaşıb.

O bildirib ki, 300+ kaset tipli bombaların qəlpələri ətrafa yayılıb: "Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA