Ermənilərin Goranboya qadağan olunmuş bombalar atıb - FOTOLAR

img

06-10-2020 [19:27]


Ermənilərin Goranboya atdığı bombacıqlar qadağan olunmuş sursatlar sinfinə daxildir.

Mia.az Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) istinadla xəbər verir ki, 2020-ci il 04-05 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı Beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılıb və ətrafa mərmi qalıqları səpələnib. Nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub.

Agentliyin mütəxəssisləri tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış 9N235 bombacıqları, həmçinin 300 ədəd partlamamış M85 bombacıqları aşkar edilib: “Nəzərə çatdırmaq istərdik ki, qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil edilib”.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA