Ərdoğan: “Makronun islam dini haqda dedikləri açıq təxribatdır”

img

06-10-2020 [16:48]


“Bu gün bir çox Qərb ölkəsində irqçilik və islamofobiya birbaşa dövlət tərəfindən himayə edilir”.

Bunu “Məscidlər və din xadimləri həftəsi” tədbirində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən önəmli vasitələrindən biridir”, - o, bildirib.

Ölkə başçısı həmçinin Fransa prezidenti Emmanuel Makronun İslam barədə son açıqlamasını da şərh edib:

“Makronun müsəlmanların sıx yaşadığı bir şəhərdə “İslam böhrandadır” deməsi yalnız hörmətsizlik deyil, eyni zamanda təxribatdır. Belə sözləri işlətmək ədəbsizlikdir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA