"Qarabağ probleminin həllinə ən çox Rusiya çalışmalıdır..." - Çavuşoğlundan Ermənistana növbəti mesaj

img

06-10-2020 [16:20]


“Hər kəsin haqqın yanında olması lazımdır. Haqlı olan kimdir? Azərbaycan. Rusiya da bu mövqedə olmalıdır. Bu problemin həlli üçün ən çox Rusiya cəhd etməlidir. Ancaq bu günədək onların bu problemin həlli üçün töhfəsinin nə qədər olduğunu hər kəs bilir”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“İndiyədək gördüyümüz davranış odur ki, Azərbaycanla işğalçı Ermənistanı bir tuturlar”, - nazir vurğulayıb/Report.

Mövlud Çavuşoğlu daha sonra deyib: “Bu, dondurulmuş bir ixtilaf (münaqişə) idi. Daha doğrusu, həlli dondurulmuş bir ixtilaf idi. Bu problemin qısa bir zamanda həlli mümkündürmü? Bəli, Ermənistan geri çəkilsə, mümkündür..

“Bu problemin kökündən həlli üçün Ermənistan Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın işğal altında olan torpaqlarından çıxması ilə bağlı konkret addım atmalıdır”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA