Spiker: "Tezliklə Qarabağın hər yerində Azərbaycan bayrağı dalğalanacaq”

img

06-10-2020 [11:13]


“Qurtuluş savaşı aparan Ordumuz yeni əraziləri düşməndən təmizləyir və zəfərlər əldə edir”.

Bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün döyüş meydanında xalqımızın taleyi ilə bağlı böyük bir məsələ həll edilir

“Cəbrayıl şəhəri və digər rayonlar düşməndən təmizlənir. Qələbələr təəssüf ki, itkisiz əldə olunmur. Döyüş meydanında duruş gətirməyən düşmən mülki əhalini və obyektləri raket atəşinə tutur. Bu gün xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşirb. Əminəm ki, tezliklə Qarabağın hər yerində Azərbaycan bayrağı dalğalanacaq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA