MN: "Gizir Tahir Misirxanov düşmənin 11 zirehli texnikasını sıradan çıxarıb"

img

05-10-2020 [23:15]


2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülən gizir Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir T.Misirxanov şəxsi rəşadət göstərərək bugünədək düşmənin daha 11 zirehli texnikasını sıradan çıxarıb.

Azərbaycan Ordusunun qələbələrində payı olan, ümumilikdə 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini fəxrlə deyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA