Ərdoğan Minsk Qrupunu tənqid etdi, Azərbaycana mesaj verdi: "Türkiyə bütün imkanları ilə bu qanlı oyunu pozmağa hazırdır"

img

05-10-2020 [21:05]


Bu gün Türkiyə Təhlükəsizlik Şurasının iclasından sonra prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğal olunmuş torpaqlarında apardığı haqlı əks-hücum əməliyyatından söz açıb.

Mia.az xəbər verir ki, Ərdoğan 30 ildir bu problemi həll edə bilməyən Minsk Qrupunun fəaliyyətini tənqid edib.

Əlavə edib ki, quldur Ermənistanın hakimiyyətinə qarşı cəzasızlığın hökm sürməsi onları daha da cəsarətləndirib:

“Beynəlxalq ictimaiyyət Qarabağın ermənilər tərəfindən işğal edilməsinə, təəssüf ki, səssiz qalmışdı. Qarabağda baş verənlər sadəcə işğal deyil, həm də qətliam idi. Uşaq, yaşlı, cavan bilmədən insanları öldürüblər.

ATƏT-in Minsk qrupu problemi nizamlamaq əvəzinə, onu çözümsüzlüyə aparıb. Minsk Qrupu bu problemi gözardı etdiyi üçün bu vəziyyət yaranıb.

Ermənistan yenidən Azərbaycan ərazisinə hücum etdikdən sonra gözləmədiyi cavabla qarşılaşdı. Hazırda Qarabağda bir çox yerlər işğaldan azad olunub. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın yanındayıq. Azərbaycanın mübarizəsinə dəstək vermək bütün qürurlu dövlətlərin borcudur. Dünya quldur dövlətlərdən xilas edilməsə, bəşəriyyətin davamlı sülh və əmin-amanlığa qovuşması mümkün deyil".

Ərdoğan bir daha Türkiyənin bütün gücü ilə Azərbaycana dəstəklərini təkrarlayıb: "Zəfərədək azərbaycanlı qardaşlarımızın yanındayıq”.

Türkiyə Prezidenti regiondakı quldur dövlətlərin sülhü və sabitliyi pozduğunu və dünyanın artıq belə terrorçu dövlətlərin zülmünü çəkə bilmədiyini də vurğulayıb: “Türkiyə əlindəki bütün gücü və imkanları ilə bu qanlı oyunu pozmağa hazırdır. Bunun üçün də dünya 5-dən böyükdür deyirik. Qafqazın son 30 ildir ən önəmli böhran məsələsi olan Qarabağ probleminin bu şəkildə həlli həm tarixin, həm hüququn, həm də həqiqətlərin zərurətidir. Əks təqdirdə regiondakı bu problemi həll etmək mümkün deyil. Azərbaycanlı qardaşlarımıza qəzanız mübarək olsun deyirik və haqlı mübarizələrində zəfər çalana qədər yanlarında olduğumuzu vurğulayırıq”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA