Hikmət Hacıyev: "Bu, Azərbaycana qarşı növbəti müharibə, təcavüz aktıdır" 

img

05-10-2020 [16:55]


“Azərbaycanın mülki əhalisinə qarşı hücumlara görə Ermənistanın siyasi-hərbi rəhbərliyi və qondarma rejimin rəhbərliyi məsuliyyət daşıyır. Bütün bunların törədilməsində məqsəd Azərbaycan xalqını təşvişə salmaqdır”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, bu, vandalizm aktıdır, barbarlıqdır: “Ermənistanın istifadə etdiyi raketlər çox köhnədir və ona görə də hədəfə çata bilmir. Amma bəzi raketlər hədəfə çatır və mülki əhali zərər çəkir. Onu da qeyd edim ki, bu zərbələrin bir çoxu Ermənistan ərazisindən həyata keçirilir. Bu, beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti müharibə, təcavüz aktıdır. Bu, Ermənistan rəhbərliyinin sivil qaydalardan nə qədər uzaq olduğunu bir daha göstərir. Onlar riyakarlıq nümayiş etdirərək, Azərbaycanda mülki əhalini yenidən hədəfə alırlar”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA