"İndi də üç ölkənin Xarici İşlər nazirlərinin bəyanatını hazırlayırıq" - Lavrovdan Qarabağla bağlı açıqlama

img

05-10-2020 [15:48]


Rusiya, Fransa və ABŞ Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat hazırlayır.

Mia.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiyadakı Avropa İş Adamları Birliyinin nümayəndələri ilə görüşdə deyib.

O xatırladıb ki, ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentləri az əvvəl münaqişə ilə bağlı birgə bəyanat veriblər: "İndi də üç ölkənin Xarici İşlər nazirlərinin bəyanatını hazırlayırıq".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA