Ağır yaralanan separatçıların başçısı yoxa çıxıb

img

05-10-2020 [14:35]


Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki separatçıların başçısı Araik Arutyunyan aldığı ağır yaradan sonra ictimaiyyət arasında görünmür.

“news.am” xəbər verir ki, onun bu yaxınlarda “Facebook” səhifəsindən erməni icması ilə "əlaqə saxlayacağı" bildirilib.

İddia olunub ki, guya Araik “döyüş bölgəsindədir”. Ancaq onun cəmiyyət arasında görünməməsi, hətta sosial şəbəkə vasitəsi ilə əlaqə saxlaya bilməməsi vəziyyətinin ağır olduğunu təsdiqləyir. “Facebook” səhifəsindən isə onun adından başqa birinin paylaşım edə biləcəyi mümkündür.

Qeyd edək ki, Azərbaycan ordusunun açdığı atəş nəticəsində Araik Arutyunyan gizləndiyi bunkerdə ağır yaralanıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA