"Yerevanın hansısa universitetinin fəxri doktoru olmağımı xatırlamıram" - Saakaşvili

img

05-10-2020 [10:55]


Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Yerevan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilməsi məsələsinə münasibət bildirib.

O, bu ali məktəbin fəxri doktoru olduğunu xatırlamadığını bildirib.

M.Saakaşvili “Mtavari arxi” telekanalına müsahibəsində fəxri doktor elmi dərəcələrinin çox olduğunu deyib: “Mən həqiqətən də xatırlamıram ki, Yerevanın hansısa universitetinin fəxri doktoru olmuşam. Allah onları qorusun, lakin bununla fəxri adlarım azalmayacaq”.

Qeyd edək ki, M.Saakaşvili Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edəndən sonra Ermənistanın təhsil naziri Araik Arutyunyanın təşəbbüsü ilə Yerevan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilib. (report)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA