"Bu hücumlar Ermənistanın üzləşdiyi çarəsizlikdir" - Türkiyə XİN-dən Gəncənin bombalanmasına sərt reaksiya

img

04-10-2020 [14:52]


"Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri Gəncədə dinc sakinləri hədəf alan bugünkü hücumu Ermənistanın hüquq tanımayan mövqeyinin növbəti təzahürüdür. Bu təcavüzü pisləyirik”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"İşğal etdiyi Azərbaycan ərazilərində məğlubiyyətlə üzləşən Ermənistan başda Cenevrə Konvensiyası olmaqla humanist hüququn bütün prinsiplərini pozaraq işğal etdiyi bölgələrdən kənara – yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar Ermənistanın üzləşdiyi çarəsizliyin və işğalın davam etdirilməsi üçün insanlığa qarşı cinayətlər törətməkdən çəkinməyəcəyinin göstəricisidir. Hərbi əməliyyatların başladığı ilk gündən bildirdiyimiz kimi, Ermənistan bölgədəki sülh və sabitliyin qarşısındakı ən böyük əngəldir.

Ermənistanın təxribatlarına uymayacağını, beynəlxalq hüququn təməl prinsiplərindən qaynaqlanan legitim özünümüdafiə haqqını beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində istifadə etdiyini və dinc əhaliyə zərər gəlməməsi üçün mümkün olan bütün cəhdləri göstərməkdə olduğunu bəyan edən Azərbaycanın mövqeyini dəstəkləyirik”, - bəyanatda vurğulanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA