"Əks-hücum əməliyyatları uğurla davam edir” - MN sözçüsündən düşmənə xəbərdarlıq

img

04-10-2020 [14:07]


“Bir daha bildiririk ki, Azərbaycan Hərbi hava qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Azərbaycanın Zərbə PUA-ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir".

Mia.az xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov bildirib ki, Ermənistan Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqla cəbhədəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır: “Ermənistan müdafiə nazirliyi Azərbaycan ordusu barədə yalan məlumatlar yaymaqla döyüşlərdəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır. İctimiayyəti düşmənin dezinformasiyasına uymamağa  və yalnız Müdafiə Nazirliyinin rəsmi bəyanatlarına istinadən etməyə bir daha çağırış edirik”  

MN sözçüsü əlavə edib ki, əks-hücum əməliyyatı nəticəsində Tərtər, Cəbrayıl və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib: "Eyni zamanda, müxtəlif istiqamətlərdə düşmənin aktivliyinin qarşısı alınır. Düşmən döyüşə qadınlardan sonra qocaları göndərir. Görünür ki, bu, düşmənin sonuncu ehtiyat qüvvələri olacaq”.

Şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə tutulduğunu bildirən Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, adekvat tədbirlər görülür: “Düşmənin guya Gəncədəki hərbi obyektləri vurduğu barədə xəbər tamamilə yalandır. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qeyd edib ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA