Almaniyalı jurnalist: “Ermənilər 4 min nəfər itirib”

img

03-10-2020 [17:07]


“Ermənilər böyük sayda itkilərə görə (4 000 nəfərədək) özlərini tənha hiss edirlər”.

Bunu “Bild” nəşrinin baş redaktorunun müavini Pol Rontshaymer “Twitter”də yazıb.

“Demək olar, hamının tanışlarından kimisə orduya çağırıblar. “Merkel buradakı müharibə barədə niyə az danışır?”, - deyə bizi Yerevan hava limanında qarşılayan Mane soruşub”, - o, qeyd edib.

Qeyd edək ki, bu gün jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibəsi baş tutacağı gözlənilir.

Xatırladaq ki, ötən gün “Bild”in digər redaktoru Yulian Röpke erməni hərbçilərin Azərbaycan Silahlı Qüvvələrinə məxsus zərbə PUA-larının qarşısında acizliyindən söz açıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA