“Ermənilər yaşayış məntəqlərimizi ağır artileriya ilə atəşə tutmaqda davam edir” - Hikmət Hacıyev

img

03-10-2020 [17:03]


“Ermənilər Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya ilə atəşə tutmaqda davam edir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın hər hansı bir dəyərlərdən və sivil davranışlardan açıq şəkildə xəbərsiz olduğunu nümayiş etdirir:

“Biz bununla bağlı beynəxalq ictimaiyyətə və təşkilatlara müraciət etdik ki, müharibə şəraitində də mülki insanların və obyektlərin qorunması beynəlxalq hüququn tələbidir. Amma Ermənistan bundan tamamilə kənar dövlət olduğunu hər bir addımında nümayiş etdirir və şəhərlərimizə, mülki şəxslərə və obektlərə qarşı hücumları həyata keçirir. Ancaq Azərbaycan yenə də öz yüksək etik və əxalqi dəyərlərini nümayiş etdirərək beynəxlalq hüquq əsasında  ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatları həyata keçirir, onların neytrallaşması təmin olunur”.

O bildirib ki, Silahlı Qüvvələrimiz tərəfindən cəbhə xəttinin bütün istqamətləri üzrə effektiv, təsirli, sülhə məcbur etmə əməliyyatı davam etdirilir: "Burada da məqsəd ərazilərimizin işğaldan azad edilməsini təmin olunmasıdır. Ermənistan tərəfi son dövrlər raket texnologiyasından da istifadə edir. Biz bunu qəti şəkildə pisləyirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA