Gürcüstanın XİN başçısı: “Bölgədə olduqca mürəkkəb vəziyyət yaranıb”

img

03-10-2020 [12:28]


“Ermənistan və Azərbaycan arasında eskalasiyanın davamı bütün regiona olduqca mənfi təsir edəcək”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunu gərginliyin azaldılması üçün bütün mümkün imkanlardan maksimum istifadə etməyə çağırıb:

“Azərbaycan və Ermənistan arasında növbəti hərbi qarşıdurma nəticəsində olduqca mürəkkəb vəziyyət yaranıb. Təəssüflər olsun ki, hərbi əməliyyatlara görə dialoqu bərpa etmək mümkün olmayıb. Biz hamımız anlayırıq ki, vəziyyətin daha da kəskinləşməsi bütün regionun təhlükəsizliyinə olduqca mənfi təsir göstərəcək”.

D.Zalkalianinin sözlərinə görə, Gürcüstan hər zaman qonşuları qarşısında və beynəxalq öhdəliklərə sadiq qalıb:

“Gürcüstan hökuməti eskalasiya başlayan kimi bir sıra əhəmiyyətli addımlar atıb. Tərəfdaşlarımız da bu barədə məlumatlandırılıb. Biz onlarla daimi təmasdayıq. İstənilən digər beynəlxalq tranzit daşımalara gəlincə, Gürcüstan tərəfi üzərinə götürdüyü beynəxalq öhdəlikləri tam olaraq yerinə yetirəcək”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA