19 yaşlı azərbaycanlıya Rusiyada 8 azyaşlı qızı zorlama ittihamı - VİDEO, FOTO

img

11-11-2013 [11:42]



Rusiyada yaşayan həmyerlilərimizdən daha bir qalmaqallı ittiham. 19 yaşlı azərbaycanlı 4 il ərzində 8 qıza qarşı zorlama cəhdi edib. Onlardan 5-nin az yaşlı qız olduğu bildirilir. Sankt-Peterburq məhkəməsi 19 yaşlı həmyerlimizi 9 il müddətinə azadlıqdan məhrum edib, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkəcək.

 Məhkəmə istintaqı dövrü müəyyən olunub ki , Sərxan Məmmədov 2010-2012 ci illər aralığında bir neçə seksual xarakterli zorakı hərəkətlər edib. Niyyətini həyata keçirmək məqsədi ilə əvvəl qızlarla tanış olub, daha sonra onlarla cinsi əlaqədə olmağa cəhd edib. 8 zorlamaya cəhd epizodunda təqsirli bilinən Məmmədov, onlardan 5-ni yetkinlik yaşına çatmayanlara qarşı törədib. İlk cinayət hadisəsini 15 yaşında 2010-cu ilin aprelində törədib. Dövlət ittihamçısı gənc olduğunu nəzərə alaraq məhkəmədən 7 il 6 ay cəza istəsə də, verilən hökm daha sərt olub. Soydaşımız cəzasını cidd rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.


anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA