Rus polis mayoru azərbaycanlını küçənin ortasında döyüb öldürdü - VİDEO

img

02-11-2013 [22:05]



Rusiyanın paytaxtında adi mübahisə yaşlı kişinin ölümü ilə nəticələnib. ANS PRESS-in lifenews.ru-ya istinadən verdiyi məlumata görə, mübahisə "ВАЗ 2107"nin sürücüsünün gümüşü rəngli xarici avtomobili ötməsi ilə başlayıb. Dava onlarla insanın gözü qarşısında baş verib. Slavyan mənşəli cüssəli kişi 59 yaşlı azərbaycanlı İfraim Liiviyevi döyməyə başlayıb.

Şahidlərin sözlərinə görə, mayor rütbəli polisin yumruqlayıb təpikləməklə ürəyi soyumayıb, yaşlı kişinin başını səkinin kənarına çırpıb. 10 ildən artıqdı Rusiyada yaşayan İfraim heç bir müqavimət göstərməyib və hətta onu döyəndən üzr də istəyib. Amma onun üzrxahlığı gözü qızmış polisə təsir etməyib və arıq, cılız cüssəli kişini canı çıxana qədər döyüb.

 Azərbaycanlının cansız bədəni bir saat yolun ortasında uzanmış vəziyyətdə qalıb. Bir müddət sonra məlum olub ki, qatil polis mayoru Dmitri Verijnikovdur. O, özünə haqq qazandırmaq üçün azərbaycanlının bıçaqla ona hücum etdiyini bildirib. Şahidlər isə zərərçəkmişin əlində bıçaq olmadığını, həmin bıçağın İfraimin avtomobilinin altına sonradan atıldığını deyirlər.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA