Avropa İttifaqı təmas xəttinin hər iki tərəfindəki dinc əhaliyə təcili humanitar yardım ayıracaq - Açıqlama

img

02-10-2020 [17:43]


Avropa İttifaqı (Aİ) təmas xəttinin hər iki tərəfindəki dinc əhaliyə təcili humanitar yardım ayıracağını elan edib.

Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.

Aİ-nin Böhran İdarəçiliyi məsələləri üzrə Komissarı Janez Lenarcic Dağlıq Qarabağ münaqişə zonasında artıq mülki vətəndaşların həlak olduğunu deyib: “Beynəlxalq humanitar hüquqlara hörmət göstərilməli, dinc əhali və infrastruktur qorunmalıdır. Aİ şiddətdən zərər çəkən bütün insanlarla həmrəydir və insanlar əziyyət çəkməyə davam edərsə, əlavə humanitar yardım göstərməyə hazırdır”.

İlkin olaraq 500 min avro məbləğində vəsait, Aİ-nin Beynəlxalq Qızıl Xaç Komitəsi kimi humanitar sahədəki tərəfdaşlarına döyüşlərdən zərər çəkən əhaliyə dərhal yardım göstərməsinə kömək edəcək.

Qeyd olunub ki, Aİ-nin ayırdığı bütün humanitar maliyyə yardımı beynəlxalq təşkilatlar, BMT agentlikləri və QHT-lər vasitəsilə çatdırılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA