Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

02-10-2020 [15:39]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 40 453 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 217 nəfər müalicə olunaraq sağalıb, 594 nəfər vəfat edib, aktiv xəstə sayı 1 642 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 248, ötən müddət ərzində isə ümumilikdə 1 126 538 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA