Dağlıq Qarabağ münaqişəsi Avropa Parlamentində müzakirə olunacaq

img

02-10-2020 [15:12]


Dağlıq Qarabağ münaqişəsi Avropa Parlamentində (AP) müzakirə olunacaq.

Bu barədə Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, AP üzvü Marina Kalyurand "Twitter"də bildirib.

Avropa Parlamentinin deputatı qeyd edib ki, o, Azərbaycan və Ermənistandan olan jurnalistlərlə görüşüb.

“Müharibə Dağlıq Qarabağ münaqişəsi üçün həll yolu deyil. Gələn həftə Avropa Parlamentinin plenar iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq və müzakirədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell iştirak edəcək”, - deyə o vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA