Pentaqon: "Dağlıq Qarabağda hadisələri yaxından izləyirik"

img

02-10-2020 [14:14]


“Biz Azərbaycana və Ermənistana bütün yardımlarımızı iki ölkə arasındakı münaqişə ilə əlaqələndirilməyəcək şəkildə diqqətlə ayırmışıq”.

Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, polkovnik-leytenant Thomas Campbell “Anadolu” agentliyinə açıqlamasında deyib.

Dağlıq Qarabağda baş verən hadisələri yaxından izlədiklərini bildirən T. Campbell vəziyyətin olduqca dəyişkən olduğunu vurğulayıb.

O, ABŞ-ın hər iki tərəfə hərbi əməliyyatları dayandırmaq və ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlar masasına qayıtmağa dair çağırış etdiyini də xatırladıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA