Pakistandan Ermənistana etiraz: "Bu cür xəbərləri yaymaq məsuliyyətsizlikdir"

img

02-10-2020 [12:37]


Pakistan Xarici İşlər Nazirliyi (XİN) Pakistan hərbçilərinin Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə Ermənistana qarşı döyüşdüyünü iddia edən mətbuat orqanının yaydığı xəbərə münasibət bildirib.

Pakistan XİN-in sözçüsü həmin məlumatı spekulyativ və əsassız adlandıraraq təkzib edib.

O qeyd edib ki, bu cür xəbərləri yaymaq məsuliyyətsizlikdir/APA.

XİN-dən daha sonra bildirilib ki, Pakistan Dağlıq Qarabağ bölgəsində vəziyyətin pisləşməsindən dərin narahatlıq duyur.

O, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini intensiv atəşə tutmasını qəti şəkildə pisləyib.

“Bu, bütün regionda təhlükəsizliyi və sülhü poza bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır. Pakistan BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul olunan bir neçə qətnaməyə əsaslanır və Azərbaycanın mövqeyini dəstəkləyir”, - deyə XİN rəsmisi qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA