"Rəsmi Kiyev Azərbaycana hərbi dəstək verməyə hazırdır" - Ukraynalı deputat efirdə elan etdi

img

02-10-2020 [10:17]


Rəsmi Kiyev Dağlıq Qarabağdakı vəziyyətin kəskinləşməsi fonunda Azərbaycana hərbi dəstək verməyə hazırdır.

Bunu “Ukraina 24” telekanalının efirində “Xalqın xidmətçisi” partiyasından olan Ali Radanın millət vəkili Lyudmila Marçenko deyib.

“Ukrayna bu gün Azərbaycanı müxtəlif sahələrdə dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, həm də humanitar dəstək deməkdir. Bu, hərbi vəziyyətdir”, - Marçenko belə deyib.

Marçenko “məsələnin kəskinləşəcəyi təqdirdə, Ukraynanın yan keçməyəcəyinə” inandığını bildirib.

“Bildiyim qədəri ilə biz həm hüquqi sahədə, həm də resurs sahəsində yardım edirik, humanitar yardımdan da söhbət gedir. Bu gün ehtiyac duyulanların siyahısını tərtib etmək məsələsi nəzərdən keçirilir”, - deyə millət vəkili əlavə edib/APA.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA