Makron: "Həmsədrlər yaxın gələcəkdə Dağlıq Qarabağla bağlı bir sıra təşəbbüslər göstərəcək"

img

02-10-2020 [09:56]


Fransa prezidenti Emmanuel Makron ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxın gələcəkdə Dağlıq Qarabağla bağlı bir sıra təşəbbüslər göstərəcəklərini bildirib.

Mia.az xəbər verir ki, Makron bu barədə  Avropa İttifaqı sammitinin birinci gününün nəticəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sammitdə Biz Dağlıq Qarabağdakı vəziyyəti də müzakirə ediblər:

"Mən Avropa Şurası üzvlərinə ATƏT-in Minsk qrupunun üç həmsədrinin - ABŞ, Rusiya və Fransanın ortaq kommünikesi barədə və Ermənistan və Azərbaycanla aktiv vasitəçiliyə keçmək üçün həyata keçirəcəyimiz təşəbbüslər barədə məlumat verdim".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA