Ərdoğandan həmsədr ölkələrə sərt mesaj, Ermənistana açıq xəbərdarlıq: "İndi nəticə vaxtıdır" 

img

01-10-2020 [15:58]


“Azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və vətənlərini qorumaq mübarizəsində onların yanlarında olacağıq”.

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışında çıxışı zamanı deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa 30 ilə yaxındır bu münaqişəyə laqeyd yanaşıblar: “Baş verənlərin qarşısında onların atəşkəs axtarışı içində olmaları hər şeydən əvvəl qəbuledilməzdir. Hə, nə isə istənilirsə, o zaman işğalçılar o torpaqlardan çıxmalıdır ki, nəticə əldə edilsin. Azərbaycanlı qardaşlarımız öz torpaqlarına qayıtmaq istəyirlər, bunun həsrətindədirlər. Mən bunları cənab Putinlə də, cənab Makronla da müzakirə etmişəm. Amma həmişə oturublar, danışıblar, lakin nəticə yoxdur. İndi nəticə vaxtıdır. Ermənilərin qədim Azərbaycan torpağı Qarabağı işğalına və mülki əhaliyə qarşı törətdikləri qətliamlara kar, kor və lal qalanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür”.

Ərdoğan bir daha təkrar edib ki, Türkiyə bütün imkanları, bütün qəlbi ilə Azərbaycana dəstək verməyə davam edəcək: “Bu regionda davamlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir. Ermənistan hakimiyyətini hər şeyi bir kənara qoyub, təkidlə Türkiyəyə böhtan atma cəhdləri də xilas etməyəcək. Bu quldur dövlətə dəstək verənləri bəşərin vicdanı qarşısında hesab verəcəkləri barədə xəbərdar edirəm. Rəbbim azərbaycanlı qardaşlarımızın yar və yardımçısı olsun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR