"Suriya İnsan Haqları Müşahidəçiləri" təşkilatı: "Erməni əsilli suriyalı döyüşçülər Ermənistana aparılıb"

img

01-10-2020 [14:08]


Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

Bu barədə "Suriya İnsan Haqları Müşahidəçiləri" (Syrian Observatory Human Rights - SOHR) təşkilatı bildirib.

"Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Təşkilat bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

"Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", -  deyə “Suriya İnsan Haqları Müşahidəçiləri" təşkilatı vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA