Makron bu dəfə Putinə zəng etdi - Qarabağla bağlı

img

01-10-2020 [09:10]


Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Makronun təşəbbüsü ilə baş tutan görüşdə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə  olunub.

Hər iki dövlətin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin daha da kəskinləşməsindən narahatlıqlarını ifadə ediblər.

Putin və Makron münaqişə tərəflərini atəşin ən qısa zamanda və tam dayandırılmasına, gərginliyin deeskalasiyasına çağırıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA