Roma Papası ABŞ-ın dövlət katibi ilə görüşdən imtina edib

img

30-09-2020 [16:06]


Roma Papası Fransisk ABŞ-ın dövlət katibi Maykl Pompeonu Vatikanda qəbul etməkdən imtina edib.

Məlumatı Vatikanın diplomatik xidmətinin başçısı arxiyepiskop Pol Riçard Qallaxer də təsdiqləyib.

Bildirilib ki, Maykl Pompeonun Avropa ölkələrinə səfəri başlayıb. Səfər çərçivəsində ABŞ-ın Vatikandakı səfirliyi sentyabrın 30-da  “Dini azadlığın müdafiəsinin problemləri” mövzusunda simpozium təşkil edib.

Qallaxer jurnalistlər bildirib ki, ABŞ-da prezident seçkisi qabağı kampaniya çərçivəsində keçirildiyindən Papa Fransisk bu tədbirə qatılmayıb. Onun sözlərinə görə, Papanın iştirakı təbliğat kampaniyasına cəlb kimi dəyərləndirilə bilər.

Qallaxer tədbirlə bağlı iradlarını da bildirib: “Mən simpoziumda cəmi 2 dəqiqə çıxış etdim. Bu, düzgün deyil”.

Qeyd edək ki, Maykl Pompeo oktyabrın 1-də Vatikanı ziyarət edəcək. Orada Qallaxerlə də görüşəcək./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA