Gürcüstanın Baş naziri Azərbaycan və Ermənistan arasındakı toqquşmalarla bağlı bəyanat yayıb 

img

30-09-2020 [15:53]


Gürcüstanın Baş naziri Giorgi Qaxaria Azərbaycan və Ermənistan arasında baş verən hərbi toqquşmalarla bağlı bəyanat yayıb. 

Hökumət başçısı hərbi qarşıdurma nəticəsində mürəkkəb vəziyyətin yarandığını bildirib.

G.Qaxaria təəssüflə qeyd edib ki, hərbi əməliyyatların dayandırılması və dialoqun bərpası hələ mümkün olmayıb: "Hamıya yaxşı məlumdur ki, vəziyyətin gərginləşməsi bütün bölgənin təhlükəsizliyinə olduqca mənfi təsir edəcək. Biz bir daha ATƏT-in Minsk qrupunu və beynəlxalq təşkilatları münaqişənin eskalasiyasına son qoymaq və dialoqun bərpası üçün imkanlarından maksimum istifadə etməyə çağırırıq”/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA