Rəsmi Ankara dünyaya səsləndi: “Azərbaycanın torpaqlarını təkbaşına azad etməyə gücü çatır..."

img

30-09-2020 [12:24]


“Azərbaycanın təkbaşına işğal altındakı torpaqlarını azad etməyə gücü çatır. Biz dövlət, millət olaraq Azərbaycanın yanındayıq”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin BMT, ATƏT qərarları ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib.

Türkiyə XİN başçısı bildirib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı konkret addımlar görməyib: “Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda atəşkəs çağırışı edirlər. Yaxşı, atəşkəs olsun, amma beynəlxalq təşkilatlar Ermənistana Azərbaycan torpaqlarından çıx deyir? Demir. Azərbaycan məsələni meydanda həll etmək istəyirsə, Azərbaycanın yanında olacağıq demişik. Azərbaycanın mübarizəsi öz torpağındadır. Dünyanın harasında görülüb ki, işğalçı ilə işğal edilənə qarşı eyni münasibət bəslənsin?”.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR