Matviyenko: “Dağlıq Qarabağla bağlı vəziyyət son dərəcə təhlükəlidir"

img

28-09-2020 [16:18]


“Dağlıq Qarabağla bağlı vəziyyət son dərəcə təhlükəlidir, genişmiqyaslı hərbi qarşıdurmaya çevrilmək ehtimalı yüksəkdir”.

Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Bütün qlobal məsul qüvvələri bu münaqişəyə hər hansı bir müdaxilədən çəkinməyə çağırırıq, beynəlxalq ictimaiyyətin döyüş əməliyyatlarına son qoymağın və ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesinə qayıtmağın qeyd-şərtsiz prioritet xəttini dəstəkləyirik”, - o, bildirib.

V.Matviyenko Rusiyanın parlament yolu ilə də daxil olmaqla, münaqişənin sülh yolu ilə həll edilməsi üçün mümkün olan hər cür yardımı edəcəyini vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA