Gürcüstanda daha 259 nəfər koronavirusa yoluxub

img

24-09-2020 [10:48]


Gürcüstanda son 24 saat ərzində daha 259 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 62 pasiyent sağalaraq evə buraxılıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 4 399-a, sağalanların sayı isə 1 705-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 25 təşkil edir.

Hazırda karantin zonalarında 5 390, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır, 640 simptomsuz xəstənin isə xüsusi otellərdə müalicəsi davam etdirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA