07-11-2013 [12:05]
Tanınmış yazıçı Cəlil Cavanşir Mia.az saytına müsahibə verib.
- Salam, xoş gördük Cəlil müəllim. Necəsiniz?
-Xoş gördük. Yaxşı olmaq üçün cəhdlərimi davam etdirirəm. Bir az yorğun, bir az ümidsiz və xeyli kədərliyəm.
-Cəlil müəllim, hazırda nə ilə məşğulsunuz?
-Hər zaman gördüyüm işləri davam etdirirəm. Ədəbiyyatımızın təəssübkeşi kulis.az saytına yazılar yazıram. "Qanun” Nəşrlər Evində Azərbaycan yazıçıları ilə bağlı böyük bir layihənin gerçəkləşməsində Şahbaz Xuduoğluna kömək edirəm. Romanımın üzərində işləyirəm və Slavyan Universitetində tərcümə işi ilə bağlı layihədə redaktor işini görürəm. Qısacası, yazı-pozuyla məşğulam. J
-Nə vaxt hiss etdiniz ki, yazmaq sizin üçün qaçılmaz bir ehtiyaca çevrilib?
-Sözün düzü xatırlamıram. Uşaqlıqdan həvəs göstərdiyim üçün, bu prosesin ehtiyaca çevrilməyini hiss etməmişəm. Sadəcə xatırladığım odur ki, ağlım kəsəndən yazmışam. Artıq yazmasam mənim üçün çox çətin olar. Yazmaq yaşamaq üçün stimul verir.
-Formalaşmağınızda kimlərin rolu olub?
- Orta məktəbdə mənə dərs deyən müəllimlərimi hər zaman ehtiramla, sayğıyla xatırlayıram. Eyni zamanda adını sadalamağa ehtiyac görmədiyim yüzlərlə yazıçıya, folklorumuza, nənəmin nağıllarına, anamın laylalarına minnətdaram. Və təbii ki, kitabların mənim həyatımda rolu böyükdür.
-Bəs, nə vaxt çap olunmağa başladınız? İlk yazdığınız əsər nədən bəhs olunurdu?
-İlk şeirim 14 yaşımda çap olunub. "Axı bu dünyaya niyə gəlmişəm?” adlı pessimist bir şeir idi. Amma ardıcıl çap olunmağım 2004-cü ildən başladı. Gələn il mətbuatda peşəkar fəaliyyətimin 10 ili tamam olacaq.
-Əsərinizə oxucuların münasibəti sizi qane edirmi?
-Şeirlərim çox böyük sevgiylə, diqqətlə qarşılanır. Təbii ki, oxucu azlığı məni narahat edir. İstərdim ki, oxucularımın sayı indikindən çox olsun. Məni sevə-sevə oxuyan, yazılarıma münasibət bildirən oxuculara çox minnətdaram. Oxucularım mənim üçün çox əzizdir. Ümumi münasibət ürəyimcədir.
-Əsərləriniz mətbuatda tənqid olunurmu?
-Əlbəttə. Həddindən artıq sərt tənqidlərlə qarşılaşmışam. Haqlı tənqid edənlər, haqsızlıq edib ruhdan salmağa çalışanlar olub. Ümumi olaraq bir nəticəyə gəlmişəm ki, öz üzərimdə işləməliyəm. Tənqid məni ruhdan salmır. Sadəcə haqsızlığa, ədalətsizliyə dözümsüzəm. Tənqid isə olmalıdır.
-Tənqid edənlər nə yazırlar?
- "İtirilmiş əlyazma” romanım haqqında çox yazılar yazıldı. Dil, üslüb, janr və digər məsələləri təhlil və tənqid edən qələm adamlarına minnətdaram. Amma bəzən çox haqsız, əsərə heç bir dəxli olmayan fikirlər də yazılıb. Yazılarıma, fikirlərimə görə təhqir də, təhdid olunmuşam. Ümumiyyətlə bütün bunlara alışmışam artıq. Görünür belə olmalıdır. Hətta haqqımda qərəzli yazan tənqidçilərə də minnətdaram.
-Bir az da mütaliədən danışaq. Siz daha çox hansı müəllifləri oxumağı sevirsiniz? Bu gündə nə oxuyursuz?
-Mütaliə mənim gündəlik həyatımın ayrılmaz hissəsidir. Dostoyevski, Tolstoy, Kafka, Hüqo, Stendal, Saramaqo, Arturo Perez Riverte, Romen Qari, Tsvayq, Kastaneda, Henri Müller, Ginsberq, Bernhard Şlink, Borxert, Nitsşe, Herta Müller, Daniel Kehlman, Bukovski və onlarla başqa müəllif. Mən oxumağı sevirəm.
Eyni zamanda işim elədir ki, hər gün oxumağa məcburam. Hal-hazırda Kunun "Qədim Yunanıstanın mifləri və əfsanələri” kitabını oxuyuram.
-Gənc yazarlardan diqqətinizi çəkən imzalar varmı?
-Əlbəttə var. Şeirdə də, nəsrdə də çox istedadlı imza sahibləri var.
-Dünya ədəbiyyatında ən çox sevdiyiniz yazıçı kimdi?
-Viktor Hüqonu çox sevirəm, amma sevdiyim başqa yazıçılarda var.
-Sizcə, Azərbaycanda niyə kitab oxumurlar? Daha doğrusu, niyə az oxuyurlar?
-Olduqca çətin sualdır. Mənə elə gəlir ki, cəmiyyətdə həll olunması vacib olan xeyli problemlər var. Olduqca geniş və çoxşəxəli mövzudur. Saatlarla danışa bilərik bu barədə. Vəziyyət ürəkaçan olmasa da, ümidliyəm. Kitaba maraq lazımi səviyyəyə qalxacaq və insanlar kitabın dəyərini hökmən anlayacaqlar. Bizdə kitabdan qorxurlar, kitaba əcaib bir əşya kimi baxırlar. Sosial şəbəkələr, bahalı telefonlar, seriallar zövqlərimizi korlamaqla məşğuldur. Gənclərdə kitab xofu var...
-Hətta deyərdim ki, kitab oxuyanlara kənardan qəribə baxırlar… Bəlkə elə müəlliflər zəif olduqları üçün belədir, yoxsa başqa bir səbəb var?
-Müəlliflərin güclü və ya zəif olmasının bu məsələyə dəxli yoxdur. Yerli yazarı bəyənməyən gedib xarici müəllifləri oxusun. Ümumiyyətlə Azərbaycan yazıçısı zəif yazır bəhanəsi ucuz bəhanədir. Üzeyirə qulaq asan, toyuna 15 min manata müğənni çağıran xalq, kitab oxuyan adama qəribə baxmalıdır. Təəssüf ki, 20 ildən artıqdır ki, Azərbaycan cəmiyyəti kitabdan uzaq düşüb.
-Gənc yazıçılara hansı məsləhəti verərdiniz?
-Mən özümü məsləhət verəcək adam hesab etmirəm. Məsləhət dinləməkdən də, məsləhət verməkdən də zəhləm gedir. Bəzən məsləhət insanda ikrah yaradır.
Sadəcə tövsiyyə edərdim ki, yazmaqdan çəkinməsinlər, yazdıqlarını isə çap etdirməyə tələsməsinlər. Eyni zamanda gənc yazarlarımızın çoxlu mütaliə etməsini və xarici dil öyrənməsini arzulayardım.
-Maariflənmək, savadlı olmaq, əlavə biliyə yiyələnmək üçün bizə mane olan nədir?
-Tənbəllik və rahat həyat tərzinə meyl göstərmək bizim ən böyük düşmənimizidir.
Güzgünün qarşısında dayanıb şəkil çəkdirmək, sosial şəbəkələrdə vaxt keçirmək oxumaqdan asandır. Ona görə də bəzən gənclər asanı seçir. Çalışqan və çətinlikdən qorxmayanların qalib gələcəyinə inanıram.
-Kitab Tanrı varlığıdır. Kitab insanın dostu, müəllimi və ən yaxın sirdaşıdır. Bu fikirlərlə münasibətiniz…
-Bəli, kitab ən böyük dostdur. Kitabla dostluq etməyənlərin ciddiyyətinə, gələcəyinə şübhə edirəm.
-Özünüzü böyük yazıçı sayırsınız?
-Qətiyyən böyük yazıçı olmaq iddiam yoxdur. Nə indi, nə də gələcəkdə.
-Köşə yazarı professional yazıçı ola bilər?
-Bir çox peşəkar və tanınmış yazıçılar həm də ünlü mətbu orqanlarda köşə yazarlar. Azərbaycanda isə köşə yazarlığı çox vaxt ədəbi yaradıcılığa mane olur.
Leyla Namazova
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı