Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"

img

19-09-2020 [10:57]


“Belə davam edərsə, İranda koronavirusdan ölənlərin sayı 45 minə yüksələcək”.

Bunu İranın səhiyyə naziri İrəc Herirçi Təbrizdə KİV nümayəndələrinə müsahibəsində bildirib.

“İranda bəzi şəhərlərdə koronavirusun yayılması partlayış həddindədir. Təbrizi buna örnək göstərmək olar. Təbrizdə bir gündə yoluxanların sayı 40 nəfər idisə, indi 160 nəfər, Qum şəhərində isə 10 nəfərdən 160 nəfərə yüksəlib. Artıq koronavirusa qarşı mübarizədə sarı, narıncı və qırmızı səviyyələrin bir mənası yoxdur. Belə davam edərsə, İranda koronavirusdan ölənlərin sayı 45 minə çatacaq”, - nazir qeyd edib.

Qeyd edək ki, sentyabrın 18-nə olan məlumata əsasən, virusa yoluxanların sayı 416 198 nəfər, koronavirusdan ölənlərin sayı isə 23 952 nəfər olub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA