Bakı sakini kürəkənini güllələdi

img

17-09-2020 [13:02]


Sentyabrın 15-i saat 2 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron  (pnevmatik) götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR