Navalnının komandası: "O, hava limanında deyil, otelin otağında zəhərlənib"

img

17-09-2020 [12:34]


Aleksey Navalnının komandası onun hava limanında deyil, Tomskda qaldığı otelin otağında zəhərləndiyini iddia edib.

Bu barədə A. Navalnının "Instagram" səhifəsində bildirilib.

Qeyd olunub ki, otel otağındakı su butulkası ilə A. Navalnının təyyarədə yanında olan və analizlərdən sonra "Noviçok" qrupundan olan zəhərli maddənin izlərinin tapıldığı butulka eynidir.

Daha əvvəl A. Navalnının Tomskdan Moskvaya uçarkən hava limanında içdiyi çaydan zəhərləndiyi açıqlanıb.

Qeyd edək ki, Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri A. Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA