Nazir müavini: ”Azərbaycan-Türkiyə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib”

img

16-09-2020 [16:57]


”Azərbaycan-Türkiyə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib”.

Bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, regional geosiyasi proseslərin inkişafı sahəsində birgə addımlar atılır: “Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını və hüquqlarını qoruyur”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri müasir tariximizdə indiki kimi yüksək səviyyədə olmayıb. Onun sözlərinə görə, iki ölkənin həmrəyliyi və müttəfiqliyi əbədi və dönməz xarakter alıb: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləyir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR