""Neftçi"yə yuxarıdan-aşağı baxmaq olmaz" - Fatih Terim

img

16-09-2020 [12:15]


"Neftçi"yə yuxarıdan-aşağı baxmaq olmaz. Çünki bu oyunu kompensasiya etmək mümkün olmayacaq".

Bu fikirləri Türkiyə "Qalatasaray"ının  baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə oyunu üçün Bakıya səfər öncəsi aeroportda yerli jurnalistlərə açıqlamasında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, mərhələnin 1 oyundan ibarət olması rəqib üçün də yaxşı fürsətdir: "Çox vacib oyuna çıxacağıq. Səhv istəmirəm".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR