HƏMSƏDRLƏR QARABAĞLA BAĞLI MƏSLƏHƏTLƏŞMƏ APARIBLAR - Ceyhun Bayramov və Mnatsakanyanla nələr müzakirə olunub?

img

14-09-2020 [22:04]


Bu gün Paris şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti intensiv məsləhətləşmələr keçirilib. Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. 

Mia.az ATƏT-ə istinadla xəbər verir ki, həmsədrlər Ermənistan-Azərbaycan sərhədində iyul ayında yaranmış gərginliyi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti müzakirə ediblər. 

Eyni zamanda vurğulanıb ki, həmsədrlərin həm Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov, həm də Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışığı baş tutub.

Telefon danışığında hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər. 

Həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR