Yuli Timoşenko koronavirusdan sağalıb

img

11-09-2020 [12:07]


Ukraynanın keçmiş baş naziri, Batkivşina Partiyasının sədri və Ali Radadakı (parlament) eyni adlı fraksiyanın lideri Yuli Timoşenko koronavirusdan sağalıb.

Bu barədə Batkivşina Partiyasının mətbuat katibi Marina Sorok “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, Y.Timoşenkonun sentyabrın 11-də verdiyi COVİD-19 testinin cavabı mənfi çıxıb.

Qeyd edək ki, partiya sədri avqustun 23-də koronavirusa yoluxmuşdu/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA