Avropa Liqası: Sloveniya klubu darmadağınla mərhələ adladı

img

10-09-2020 [23:27]


UEFA Avropa Liqasında I təsnifat mərhələsindən təxirə salınmış daha bir oyun keçirilib.

Budapeştdəki "Ferents Susa" stadionunda baş tutan matçda Estoniya "Nomme Kalyu"su ilə Sloveniya "Mura"sı üz-üzə gəlib. Qarşılaşma ikincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Murska-Sobota təmsilçisinin heyətində qolları Kevin Jijyek (2), Jiqa Kous və Alen Kozar vurublar.

Qələbə sayəsində II təsnifat mərhələsinə vəsiqə qazanan "Mura" bu raundda Danimarkanın "Orxus" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Nomme Kalyu" - "Mura" oyunu hər iki komandanın heyətində koronavirus aşkarlandığı üçün təxirə salınmışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA